İsrail çempionatının pley-off görüşlərindən birində insident yaşanıb.
Fanat.Az "ERETZ Sport"a istinadən xəbər verir ki, "Bney Saxin" - "Beytar Yerusəlim" matçında azarkeşlər arasında yaşanan iğtişaş səbəbindən müvəqqəti fasilə yaranıb.
Qüds komandasının azarkeşləri meydan sahiblərinin tərəfdarlarına hücum çəkib, hətta rəqibin ehtiyat oyunçular skamyasına yaxınlaşmağa cəhd ediblər.
“Beytarlılar stadiona axışdılar, biz oyunçuların təhlükəsizliyindən qorxuruq. Ayıbdır”, - "Bney Saxin" şikayət ərizəsində bildirib.
⚽️ Émeutes en cours à Petah-Tikva où des supporters du Beitar Jérusalem ont tenté d'en découdre avec ceux du club arabe de Bnei Sakhnin, qui scandaient "Par notre âme, par notre sang, nous te défendrons Al-Aqsa". //t.co/ccjmgSR0WU pic.twitter.com/76xIiDjklF
— ERETZ Sport (@EretzSport) April 16, 2023
Qeyd edək ki, sözügedən komandalar arasında siyasi motivli böyük rəqabəti var. Çünki "Bney Saxin" mahiyyətcə ərəb komandasıdır və tərəfdarlarının əksəriyyəti fələstinlidir.
Təsadüfi deyil ki, iğtişaş zamanı israillilər "Ərəblərə ölüm" qışqırıblar.
Dava səbəbindən matçda məcburi fasilə yaransa da, sonda oyun bərpa olunub. "Bney Saxin" görüşdən 4:3 hesabı ilə qalib ayrılıb.
Mirağa