10:35 17.04.2023 357

“Qarabağ”la “Neftçi” eyni turda büdrədi - Tura baxış

Azərbaycan Premyer Liqasının 30-cu turu tarixi ilklə yadda qaldı. 

“Sabah” tarixində ilk dəfə “Qarabağ”ı məğlub etdi. Bununla da “köhlən atlar” məğlubiyyətsiz çempion olmaq şansını da əldən vermiş oldu. Turun diqqətçəkən digər hadisəsi “Neftçi”nin doğma meydanda “Qəbələ”yə boyun əyməsi idi.

“Zirə” – “Səbail” 3:1
Qollar:
V.Kulaç, 52. R.Əhmədzadə, 69. E.Quliyev, 90+1 - Q.Zakpa, 90+7.

“Zirə”: 1. Mehdi Cənnətov 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 11. Rüstəm Əhmədzadə 19. Vladislav Kulaç 14. Hamidu Keyta 5. Moiz Adileu 70. İssa Cibrila 26. Nemanya Andelkoviç 28. Abbas İbrahim 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 22. Nail Alışov 15. Ruslan Abışov 91. Coşqun Diniyev 2. Sertan Taşkın 21. Hacıağa Hacılı 38. Ramiz Muradov 9. Loris Broqno 44. Dmitrios Çantakias 17. Toni Qomes 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 15. Vüqar Həsənov 8. Elmir Tağıyev 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 6. Cabir Əmirli 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 22. Samir Abdullayev 27. Emil Martinov 11. Qoba Zakpa 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

Uzun müddətdir işləri qaydasında getməyən “Zirə” nəhayət ki, qələbə qazanmağı bacardı. Rəşad Sadıqovun çalışdırdığı qəsəbə təmsilçisi “Səbail” üzərində qələbəyə sevindi. Sonuncu pilləni tərk etmək üçün mübarizə aparan “dənizçilər” Zirədən xalla dönməyə çox çalışsalar da, bu istəyi reallaşdırmaq mümkün olmadı. İlk yarısı qolsuz bitən qarşılaşmanın ikinci hissəsində azarkeşlər dörd qola şahidlik etdi. Əvvəlcə Kulaç “Zirə”ni önə keçirdi. 69-cu dəqiqədə Əhmədzadə “Zirə”nin üstünlüyünı artırdı. 91-ci dəqiqədə 0:3 hesabıyla geriyə düşən qonaqlar hakimin əsas vaxta əlavə etdiyi 7-ci dəqiqədə təsəlli qoluna imza ata bildi.
“Zirə” bu qələbə sayəsində xalını 41-ə yüksəldib qısa müddətə 4-cü pilləni ələ keçirdi. Amma burda uzun müddət davam gətirmək mümkün olmadı. 21 xalda qalan “Səbail” də sonuncu pilləyə “lövbər salıb”.

“Neftçi” – “Qəbələ” 1:2
Qollar: E.Mahmudov, 61-pen - R.Maçado, 13. İ.Alimi, 24-pen.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Avrokuboklara vəsiqəni təmin edən “Neftçi”nin bu tur “Qəbələ”yə doğma meydanda uduzması gözlənilməz oldu. Sanki “ağ-qaralar” əsas hədəfə çatıb, bundan sonra oyunlara köklənməyə əziyyət çəkəcəklər. Xüsusiylə də “Qəbələ”nin vurduğu ilk qol zamanı “Neftçi”nin qapıçısı İvan Brkiçin davranışıları belə düşünməyə əsas verir. Xorvatiyalı qapıçı 13-cü dəqiqədə Maçadonun fərqlənməsi üçün “əlindən gələni etdi”. “Qəbələ”növbəti qolunu penaltidən vurdu. Alimi 24-cü dəqiədə şansını qaçırmadı. “Neftçi”nin cavabı da penalti zərbəsindən sonra gəldi. Kapitan Emin Mahmudov 61-ci dəqiqədə təsəlli qoluna imza atdı. Meydan sahiblərinin gücü bundan artığına çatmadı.

30 oyuna 60 xal toplayan “Neftçi” 3-cü sırada möhkəmlənib. “Qəbələ” isə bu qələbə sayəsində xalını 42-ə yüksəltdi və 4-cü pilləni “Zirə”dən geri aldı.

“Kəpəz” - “Turan Tovuz” 1:0
Qol: Abdullahi Şuaybu, 8
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 88.

“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 24. Divine Naah, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz” prinsipial “qərb derbisi”ndə “Turan Tovuz”u məğlub etdi. Özü də bu qarşılaşma Gəncə şəhər stadionunun qazonundakı problemlərə görə “Kəpəz”in doğma meydanında yox, Qəbələdə keçirilirdi. Şuaybu 8-ci dəqiqədə “Kəpəz”ə həyat verən qola imza atdı. Qarşıda cavab qolu vurmaq üçün xeyli vaxt olsa da, “Turan Tovuz” bunu bacarmadı. Bununla da Tovuz təmsilçisinin qələbə oyunu yeddi oyuna çatdı. 

Ardıcıl xallar itirən Ayxan Abbasovun komandası artıq “Kəpəz”in “isti nəfəsi”ni də yaxından hiss edir. Qərb təmsilçilərini bir-birindən cəmi 1 xal ayırır. Uzun müddətdir ki, altıncı pilləni özəlləşdirən “Turan Tovuz” indi əvvəlki kimi rahat deyil. Çünki onun ən yaxın izləyicisi “Kəpəz” xallarının sayını 28-ə çatdırıb. “Turan Tovuz” prinsipial rəqibini cəmi bir xal qabaqlayır.

“Şamaxı” – “Sumqayıt” 0:0

"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli
"Sumqayıt": 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Şamaxıda keçirilən gərgin qarşılaşmada qapılara qol vurulmadı. Hərəyə bir xal qazanan tərəflər bu “qənimət”dən narazı qala bilməzlər. Çünki sonuncu pillənin sahibi “Səbail” bu tur “Səbail”ə uduzmuşdu. Qazanılan bir xal “Sumqayıt”la “Şamaxı”nın “Səbail”dən bir qədər uzaqlaşdırdı. Oyunun gedişində iki epizodda azarkeşlərdə penalti şübhəsi yarandı. Komandaların hərəsinin qapısının qarşısında bir dəfə şübhəli epizod yaşand. Amma heç bir halda baş hakim Fərid Hacıyev VAR-a baxmağa ehtiyac duymadı. Belədə tərəflərin qol vurmaq istəyi də reallaşmadı.
Bu iki komanda da turnir cədvəlində qonşudular. “Şamaxı” 22 xalla 9-cu, “Sumqayıt” isə 25 xalla 8-ci pillədə yer alır.

“Sabah” – “Qarabağ” 2:1
Qollar:
C.L.Mikels, 72; 76 - R.Almeyda, 86-pen.

"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.
"Qarabağ": 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Turun sensasiyası Masazırda yaşandı. “Sabah” uzun müddət arzusunda olduğu qələbəni qazanmağı bacardı. Murad Musayev cəza səbəbindən tribunadan izlədiyi qarşılaşmada “Sabah” “Qarabağ”ı 2:1 hesabıyla məğlub etdi. Düzdür, bu nəticə liderlərin yerdəyişməsinə və yaxud da “Qarabağ”ın çempionluğunun təhlükəyə düşməsinə səbəb olmadı. Bununla belə “köhlən atlar”ın məğlubiyyətsiz çempion olmaq arzusu reallaşmadı.

Liderlərin qarşılaşmasında ilk yarıda qapılara qol vurulmamışdı. Düşünmək olardı ki, “Bank Respublik Arena”da qolsuz heç-heçə qeydə alınacaq. Amma bu ssenarini Mikels dəyişdi. “Sabah”ın hücumçusu 72 və 76-cı dəqiqələrdə “Qarabağ”ın qapısına iki dəfə yol tapdı. “Köhlən atlar”ın təsəlli qolunu Riçard Almeyda 86-cı dəqiqədə penaltidən imza atdı.

Məğlubiyyətə baxmayaraq, “Qarabağ” turnir cədvəlinə inamla başçılır edir. Ağdam təmsilçisinin aktivində 77 xal var. Onun ən yaxın izləyicisi də elə “Sabah”dır. Masazırlılar 68 xalla ikinci pillədə yer alır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X