"Arsenal"ın yarımmüdafiəçisi və kapitanı Martin Edeqor komandasının İPL-in 31-ci turunda "Vest Hem"lə heç-heçə etməsinə (2:2) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Bu oyunda da çox şey ötən həftə "Liverpul"la matçdakı kimi oldu. Yaxşı başlasaq da, nədənsə dayandıq və "Vest Hem"in ən yaxşı tərəflərini ortaya qormasına imkan yaratdıq. Belə desəm, onları ümidləndirdik və yaxşı nəticə qazana biləcəklərinə inandırdıq. Vicdanımızın səsini dinləməli və irəli baxmalıyıq. Başa düşməliyik ki, turnir cədvəlinin zirvəsindəyik və hər şey öz əlimizdədir. Motivasiyanı qorumalı, növbəti qarşılaşmada qələbə qazanacağımıza inanmalıyıq".
Qeyd edək ki, 74 xalı olan "Arsenal" liderdirsə, kinci pillədə 70 xalla "Mançester Siti" mövqe tutub. "Şəhərlilər"in ehtiyatda bir oyunu da var.
Nihat