Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
AS: "Real Madrid" gələn il Kərim Benzemanı "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Holandla əvəzetmək fikrindədir. Transfer qiymətinin 240 milyon avro olacağı bildirilir.
Benzema 2024-cü ildə kral klubunu tərk edəcək.
"Football Insider": "Bayern Münhen"in hücumçusu Sadio Mane sabiq klubu "Liverpul"a qayıtmaq istəyir. Seneqallı futbolçu komanda üçün darıxıb və yenidən İngiltərəyə qayıtmaq istəyir.
Almaniya klubu da Mane ilə vidalaşmağı planlaşdırır. Forvard yeni baş məşqçi Tomas Tuxelin planlarına daxil deyil.
"Mundo Deportivo": “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin klubdakı gələcəyi sual altındadır. İspaniyalı futbolçunun klubla sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.
Ancaq iddiaya görə, Lionel Messinin "Barselona"ya qayıdacağı təqdirdə Buskets də komandada qalacaq. İkili arasında olan yaxın münasibət Serxionun klubdakı gələcəyinə müsbət yöndə təsir edə bilər.
Röya