Müqavilə ilə Fransanın PSJ klubuna məxsus olan, hazırda icarə əsasında "Nottingem Forest"in formasını geyinən qapıçı Keylor Navas İngiltərə təmsilçisində qalmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı " L'Equipe" yayıb.
Xəbərə görə, "Nottingem Forest" hazırda maaşının bir hissəsini PSJ-dən alan Navası əməkhaqqısı çox olduğu üçün heyətdə saxlaya bilməyəcək. Mənbə kosta-rikalı oyunçunun Meksikanın "Amerika" klubundan təklif aldığını və hazırda bu variant üzərində düşündüyünü vurğulayıb.
Qeyd edək ki, "Nottingem" forması ilə 11 matça çıxan Navas bu qarşılaşmaların yalnız birində qapısını toxunulmaz saxlayıb.
Nihat