"Real Madrid"in prezidenti Florentino Peres qarşıdakı illərdə komandanı gəncləşdirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "Çelsi"dəki problemlərdən faydalanmaq niyyətində olan futbol funksioneri London təmsilçisinin 4 futbolçusunu kral klubuna cəlb etməyi düşünür.
Məlumatı "Fichajes" yayıb. Xəbərə görə, siyahıda müdafiəçi Ris Ceyms, yarımmüdafiəçilər Ruben Loftus-Çika və Meyson Maunt və sabiq "Real"lı Mateo Kovaçiç var.
Son 3 ad "Çelsi" ilə müqaviləni yeniləməsə, 2024-cü ildə "Real Madrid"ə pulsuz keçə bilərlər.
Röya