“Şalke”yə böyük hesablı məğlubiyyətdən (2:5) sonra “Herta” baş məşqçisini dəyişib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə açıqlama yayıb.
Xəbərdə Sandro Şvartsın istefası açıqlanıb.
Pal Dardai "Herta"nın yeni baş məşqçisi olub. O, artıq iki dəfə (2015-2019; 2021-ci il yanvar-noyabr aralığı) Berlin komandasını çalışdırıb.
47 yaşlı Dardai "Herta" ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Herta” növbəti matçını aprelin 22-də “Verder”ə qarşı keçirəcək. Berlinlilər hazırda Bundesliqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mirağa