"Monako"nun müdafiəçisi Aksel Disasi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu "Mançester Yunayted"in maraq dairəsindədir.
Məlumatı "Football Insider" yayıb.
Disasinin Fransa klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ancaq müdafiəçiyə olan böyük maraq səbəbilə klubu onu satıb yaxşı gəlir etməyi düşünür.
Qeyd edək ki, "Çelsi"nin də maraqlandığı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.
Röya