İspaniya millisinin və "Barselona"nın sabiq çalışdırıcısı Luis Enrike Frenk Lempardın cari mövsümün sonunadək "Çelsi"nin baş məşqçi postunu tutmasından pərişan olub.
Fanat.Az xəbər verir ki, informasiyanı Enrikeyə yaxın mənbələrə istinadən AS nəşri yayıb.
Xəbərə görə, İngiltərə təmsilçisini çalışdırmağa əsas namizədlərdən biri sayılan ispan mütəxəssis "zadəganlar"ı Çempionlar Liqasının 1/4 final matçlarına - "Real Madrid"lə oyunlara çıxarmağı arzulasa da, istəyini həyata keçirə bilməyib.
Xatırladaq ki, "Çelsi" bu mövsüm iki məşqçini istefaya göndərib. Bunlar Tomas Tuxel və onun xələfi Qrem Potterdir.
Nihat