"Bayern Münhen" futbolçusu Marsel Zabitserin transfer qiymətini qaldırıb.
Fanat.Az xəbər verir ki, yanvarda icarə əsasında "Mançester Yunayted"ə keçən avstriyalı yarımmüdafiəçi baş məşqçi Erik ten Haqın rəğbətini qazanıb.
"Qırmızı şeytanlar" futbolçunu yayda birdəfəlik satılalma ilə komandada saxlamaq niyyətindədir. Ancaq Bundesliqa təmsilçisi Zabitserin 30 milyon avrodan aşağı qiymətə buraxmayacaq.
"Bayern Münhen" danışıqlara açıqdır.
Qeyd edək ki, Zabitser "Mançester Yunayted"in heyətində hələ 3 oyunda forma geyinib.
Röya