"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne Çempionlar Liqasının 1/4 finalı çərçivəsində çıxacaqları cavab matçından - "Bayern Münhen"lə səfər qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, "The Independent" onun dediklərini belə çatdırıb:
"Hələ uzun yol keçməliyik. Qarşıda 95 dəqiqə var və hər şey ola bilər. Hamı belə görüşlərdə ağlagəlməz nəticələr qeydə alına biləcəyinin fərqindədir. Ən yaxşı oyunumuzu sərgiləməliyik. Əlbəttə, evdə qazandığımız 3 topluq üstünlük şanslarımızı artırır. Amma çətin olacağını bilirik. "Bayern"in heyətində yüksək səviyyəli futbolçular cəmləşib".
Xatırladaq ki, ilk oyunda İngiltərə təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Nihat