"Nyukasl" yay transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.
Fanat.Az "The Telegraph"a istinadən bildirir ki, bir neçə tanınmış futbolçunu hədəf alan "ağ-qaralar"ın transfer siyahısında 5 ulduz - Xviça Kvaratsxeliya və Viktor Osimhen (hər ikisi "Napoli"), Markus Tyüram ("Borussiya" M), Mussa Diabi ("Bayer" L) və Qabriel Veyqa ("Selta") var.
İngiltərə çempionatının son oyununda "Nyukasl" "Aston Villa"ya 0:3 hesabı ilə böyük hesabla məğlub olub. 30 matçdan sonra Eddi Haunun yetirmələri Premyer Liqa turnir cədvəlində dördüncü yerdədir.
Mirağa