Almaniya millisinin sabiq baş məşqçisi Yürgen Klinsmann İngiltərə Premyer Liqa klubunu çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, bu haqda "Kicker" informasiya yayıb.
Bir neçə həftə əvvəl Antonio Konteni baş məşqçi postundan kənarlaşdıran və müvəqqəti olaraq Kristian Stelliniyə tapşırılan “Tottenhem" Klinsmana əsas namizəd gözü ilə baxır.
Qeyd edək ki, bir vaxtlar Klinsmann futbolçu kimi Hotspur klubunda çıxış edib.
58 yaşlı alman mütəxəssis fevralın sonunda Cənubi Koreya millisinə rəhbərlik edib və onun sükanı arxasında iki matç keçirib. O, daha əvvəl Almaniya (2004-2006) və ABŞ (2011-2016) yığmalarına başçılıq edib. Həmçinin "Bayern Münhen" (2008-2009) və "Herta" (2019-2020) kimi klublarda işləyib.
"Tottenhem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir.
Mirağa