"Roma"nın baş məşqçisi Joze Mourinyu Braziliya millisini çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Xəbərə görə, Cənubi Amerika ölkəsinin futbol federasiyası əslində Karlo Ançelottini hədəfə alıb. Ancaq bu variant baş tutmasa, Mourinyu ilə danışıqlar aparacaq.
Bu variantlarla yanaşı siyahıda daha 3 məşqçi var. Bunlar "Fənərbağça"da çalışan Jorje Jezuş, "Fluminense"nin baş məşqçisi Fernando Diniz və "Palmeyras"dan Abel Ferreyradır.
Röya