"Real Madrid"lə "Barselona" arasında "müharibə" getdikcə qızışır.
Fanat.Az xəbər verir ki, ötən gün keçirdiyi mətbuat konfransında "Kral klubu"nu "rejim komandası" adlandıran "Barselona"nın prezidenti Joan Laportanın ittihamı cavabsız qalmayıb.
Madridililər sosial şəbəkə hesabından video paylaşaraq kataloniyalıların İspaniya diktatoru Fransisko Franko ilə münasibətlərinə eyham vurub, onun dövründə "Barsa"nın qazandığı titulları (8 çempionluq, 9 kubok) yada salıblar. "Real" Frankonun Kataloniya klubunun fəxri üzvü olmasını, onun baş nazirinin iştirakı ilə "Camp Nou"nun açılışının baş tutduğunu vurğulayaq videoya ritorik başlıq seçiblər: "Kimdir rejim komandası?"
— Real Madrid C.F. (@realmadrid) April 17, 2023
Mirağa