"Tottenhem" baş məşqçisini dəyişmək fikrindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Xəbərə görə, İngiltərə klubunun əsas hədəfi Almaniya millisinin sabiq çalışdırıcısı Yürgen Klinsmanndır. Almaniyalı mütəxəssis təzəlikcə Cənubi Koreya yığmasında işə başlayıb.
Siyahıda başqa adlar da var. Brendan Rocers, Vinsent Kompani, Maurisio Poçettino, Qrem Potter və Yulian Naqelsman də namizədlər arasındadır.
Röya