Milan "İnter"inin sabiq müdafiəçisi Xavyer Sanetti İtaliya nəhənginin bu mövsüm ortaya qoyduğu performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini jurnalist Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Bu il "İnter" güclüdür və intensivlik nümayiş etdirir. Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində İtaliyada keçiriləcək "Benfika" ilə matç gələcək baxımından həlledicidir. İtaliya çempionatında niyə problem yaşayırlar? Məncə, bu daha çox psixoloji məsələdir. Çl və A Seriyasındakı oyunların niyə fərləndiyini dəqiq deyə bilmərəm. Bildiyim budur ki, Romelu Lukaku zədələnənəndən sonra hələ əvvəlki formasını yığmayıb".
Qeyd edək ki, "qara-göylər" Lissabondakı qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Cavab oyunu aprelin 19-da Milanda keçiriləcək.
Nihat