"Bayern Münhen"in yeni baş məşqçisi Tomas Tuxel "Liverpul" və "Arsenal"ın xəyallarını puç edib.
Fanat.Az xəbər verir ki, hər iki klub Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Rayan Qravenberq ilə maraqlanırdı. Lakin almaniyalı mütəxəssis bu futbolçunun transferə çıxarılmayacağını bildirib.
Məlumatı jurnalist Florian Plettenberq yayıb.
Tuxel 20 yaşlı futbolçunun parlaq gələcəyi olduğunun düşünür və onu öz planlarına daxil edib.
Röya