"Milan"ın baş məşqçisi Srefano Pioli Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda - "Napoli"yə qarşı bu gün keçirəcəkləri matçda rəqibin ulduz hücumçusu Viktor Osimheni necə saxlayacaqları barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Football Italia" belə çatdırıb:
"Osimhen çox güclü və qərarlı hücumçudur. Onun hansı səviyyədə forvard olduğunu bilsək də, öz oyun üslubumuzu dəyişmək fikrində deyilik. Hərçənd Viktorla bağlı müəyyən planlarımız var. "Napoli"yə qarşı birinci görüşdən sonra həlledici məqamın nə olduğunu müəyyənləşdirmişik. Laızm olan anda oyunun tempini qaldırmaq və ya aşağı salmaq işinin öhdəsindən gəlməliyik ki, Osimhenlə bağlı ciddi problem yaşamayaq".
Qeyd edək ki, "Milan"ın 1:0 qələbəsi ilə başa çatan ilk görüşdə Osimhen iştirak etməyib.
Nihat