"Çelsi" Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində "Real Madrid"ə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, London klubunun baş məşqçisi Frenk Lempard görüşü belə dəyərləndirib.
"60 dəqiqə çox yaxşı oynadıq, şanslar yaratdıq. Ancaq onlardan istifadə etmək lazım idi. Məğlub olduğu matçdakı çıxışına görə komandanı tərifləmək istəmirəm, amma nəzərəçarpacaq dərəcədə irəlilədik. Oyunçular bugünkü hissləri xatırlamalıdırlar. Siz "Çelsi" üçün oynayırsınız. Hər oyunda gücünü ortaya qoymalısan. Mən heç kimə təşəkkür etməyəcəyəm, özümüzü sübut etməliyik. Bayrağı endirmək olmaz.
Matçdan sonra şikayət etməyə nifrət edirəm, amma Militao ikinci sarı vərəqə almalı idi. Əslində nə düşündüyümü demək istəmirəm... Belə anlarda adətən sarı vərəqə göstərirlər".
Qeyd edək ki, tərəflər arasında ilk oyunda da "Real Madrid" 2:0 hesabı ilə qələbə qazanmışdı.
Röya