"Milan" Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində "Napoli"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, ilk matçda 1:0 hesabı ilə qalib gəlmiş "Milan" iki qarşılaşmanın nəticəsinə əsasən yarımfinala adlayıb.
UEFA-nın rəsmi saytına danışan komandanın baş məşqçisi Stefano Pioli uğuru belə dəyərləndirib:
"2020-ci ildə Avropa Liqasının seçmə mərhələsində "Rio Ave" ilə oyunu yaxşı xatırlayırıq. Uzun yol qət etmişik. Bizi "Napoli"yə qarşı zəif hesab edirdilər. Amma mən komandanı böyük ürəklə çalışdırıram. Dişimizi sıxıb dözdük, amma bu qələbəyə layiq idik".
Qeyd edək ki, gecənin digər matçında "Real Madrid" "Çelsi"ni məğlub edərək (2:0, 2:0) yarımfinala adını yazdırıb.
Röya