Futzal üzrə UEFA kubokunda III yer uğrunda keçirilmiş “Kayrat” - “Araz” oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Kakau (“Kayrat”ın baş məşqçisi): “Komandama təşəkkür edirəm. Hakimlikdən narazı qaldım. Hakimlik barədə çox danışmağı sevmirəm, amma demək olar ki, bütün əməyimizi yerə vurdular. İki fəqrli hissə izlədik. Ehtiyat qapıçımız buraxılmış qollarda günahkar deyil. Qırmızı vərəqədən sonra komandam özünü itirdi”.
Joze Alesio (“Araz”ın baş məşqçisi): “Rəqibimiz güclü - ötən il UEFA kubokunun qalibi olmuş komanda idi. Maraqlı oyun alındı. “Kayrat” hər zaman güclü olub və belə bir komandanı məğlub etdiyimiz üçün çox şadam. Rəqibin qapıçısının meydandan çıxarılması işimizə yaradı. O, tez-tez hücumlara qoşulmaqla bizə çətinlik yaradırdı”.
Fanat.az