"Napoli" Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində "Milan"la heç-heçə edib -1:1.
Fanat.Az xəbər verir ki, ilk matçda 1:0 hesabı ilə qalib gəlmiş "Milan" iki qarşılaşmanın nəticəsinə əsasən yarımfinala adlayıb.
"Napoli"nin baş məşqçisi Luçano Spalletti uğursuzluğu belə dəyərləndirib:
"Milan"ı təbrik edirəm. “Napoli” də Çempionlar Liqasında əla çıxış etdi. Bu gün bir az təcrübəsizliyin cəriməsini ödədik.
"Milan" penaltini qaçırdı, amma bunun qarşısını almaq olardı. “Milan”ın qolundan qaçmaq olardı, çünki biz balanslı oynayırdıq, topa tam sahib idik. “Milan” cərimə meydançasına cəmi bir dəfə girdi, onda da qol vurdu. Amma biz bunu edə bilmədik.
Lozanonun epizodu göz qabağındadır. O, topuqlarını bükdü, təkrarlarda çox aydın görünür. Ayağına təpiklə vuruldu. Bu, açıq-aşkar penalti idi, onu qaçırmaq olmazdı. Bu, təmas deyil, zərbədir. Sonra da insanlar deyir ki, şikayət edirik".
Röya