Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 80 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Turnirdə 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.