UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada 4 futbolçu - Rafael Leau ("Milan"), Kevin De Brüyne ("Mançester Siti"), Federiko Valverde ("Real Madrid") və Lautaro Martines (İnter). iddialıdır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə bəlli olacaq. Həftənin ən yaxşı oyunçusunun adı sabah elan olunacaq.
Qeyd edək ki, 1/4 finalın həftəiçi baş tutan cavab görüşlərində "Mançester Siti" "Bayern Münhen"lə (1:1), "Milan "Napoli" ilə (1:1), "İnter" "Benfika" ilə (3:3) heç-heçə oynayıb, "Real Madrid" "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.