Bakıda keçirilən futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"na yekun vurulub. Fanat.az xəbər verir ki, son gündə üçüncü yer uğurunda oyun və final matçı baş tutub.
Azərbaycan çempionu "Araz"ın Qazaxıstanın "Kayrat" klubunu yenərək bürünc medallara sahib çıxdığı gündə "Barselona" və "Dinamo" qalib adı uğrunda yarışıb. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda 3 qol vuran "Barselona" 5:2 hesablı qələbə qazanıb. Bununla da İspaniya klubu Bakıda UEFA kubokunun qalibi adını qazanıb.
Fanat.az