"Sportinq"in müdafiəçisi Qonsalo İnasio İngiltərə klublarının diqqətini çəkib.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Məlumatı "Football Insider" yayıb.
Mənbə İnasioya başqa klublardan da təklif olduğunu bildirir. Futbolçunun nümayəndələri İtaliya, İspaniya və İngiltərədə görüşlər keçiriblər.
O, yayda klubunu tərk etsə, Lissabon təmsilçisi Qonsalonun transferindən 50 milyon avro qazanacaq.
Röya