Növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şansı demək olar, qalmayan "Çelsi"nin rəhbərliyi radikal qərar qəbul edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Premyer Liqanın bitməsinə yeddi tur qalmış ilk dördlükdən 17 xal geri qalan "zadəganlar"ın qitənin ən nüfuzlu turnirinə vəsiqə qazanmadığı rəsmiləşən kimi qərar qüvvəyə minəcək. Söhbət 2023/2024 mövsümündə futbolçuların maaşının ən azı 30 faiz azaldılmasından gedir.
Həm də azalma təkcə Roman Abramoviçin dövründə alınmış oyunçulara təsir etməyəcək. Hazırki klub rəhbəri Toddi Boelin rəhbərliyi altında "Çelsi"yə keçən və ya bu müddət ərzində yeni müqavilə imzalayanların da maaşları azaldılacaq. Yeni sahibin rəhbərliyi altında "mavilər" 12 oyunçu alıb və daha yeddisi müqavilələrini uzadıb.
Mirağa