21:55 27.04.2014 804

"Neftçi" "Qarabağ"dan xal aldı, "XL "Şəfa"da batdı

Topaz Premyer Liqasında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub. Üç matça Bakı, birinə Qəbələ, birinə isə Sumqayıt ev sahibliyi edib.

Ötən tur "Neftçi"ni yenən "Sumqayıt" "İnter"ə 0:4 hesabı ilə yenilən "Bakı"nı qəbul edib. Sonuncu pillədən qurtulan gənclik şəhəri təmsilçisi ardıcıl iki oyunda paytaxt təmsilçisini yenərək mövqeyini möhkəmləndirmək istəyirdi. "Bakı" isə qələbə qazanmaqla Avropa Liqasına vəsiqə şansını saxlama niyyətində idi. "Sumqayıt" ardıcıl ikinci qələbəni qazanmağa yaxın olub. Belə ki, 47-ci dəqiqədə fərqlənən Pərdis Fərcad-Azad komandasını önə keçirib. Lakin 69-cu dəqiqədə Risto Ristoviç bərabərliyi təmin edib və matç 1:1 hesabı ilə yekunlaşıb.

Eyni saatın digər matçında "Qəbələ" "Simurq"u qəbul edib. Ardıcıl uğursuzluqlardan sonra ötən həftə "Rəvan"ı yenən və "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıraraq kubokun finalına çıxan Yuri Syominin komandası indi bütün diqqətini Premyer Liqaya yönəldib. Kubokun finalında məğlub olacağı halda "Qəbələ" Avropa Liqasından kənarda qala bilər. Bunun baş verməməsi üçün komanda Premyer Liqada 4-cü pilləni tutmalıdı və bu səbəbdən qarşıdakı 5 oyuna ciddi yanaşacaq. Yuri Syominin yetirmələri bu yöndə ilk addımı atıb. "Bakı"nın xal itkisindən yararlanan "Qəbələ" qələbə qazanaraq 4-cü pilləni ələ keçirib. "Qırmızı qaralar"a qələbə gətirən qola 57-ci dəqiqədə Dodo imza atıb.

Saat 17.00-da AZAL - "Rəvan" matçına start verilib. Qış fasiləsindən sonra qələbəyə həsrət qalan "təyyarəçilər" ötən tur Lənkəranda bir xal qazanıb. Tərlan Əhmədov bu gün autsayderi yenib, AZAL-ın baş məşqçisi kimi ilk qələbəsini qazanmaq istəyirdi. "Rəvan" isə artıq kubokda mübarizəni dayandırıb. İndi Güvənc Kurtarın komandasının qarşısında duran əsas vəzifə "Sumqayıt"ı keçərək, son pillədən qurtulmaqdı. Bunun üçün isə AZAL-ı məğlub etmək əsas vəzifələrdən biri olsa da, "sarı-qırmızılılar" bunu edə bilməyib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və komandalar meydandan bir xalla ayrılıb.

Bu matçdan iki saat sonra - 19.00-da "İnter" - "Xəzər Lənkəran" oyununa start verilib. Son dövrlər uğurlu çıxış edən "İnter" ardıcıl olaraq "Qəbələ", "Rəvan", "Simurq", "Neftçi", "Bakı" üzərində qələbə qazanmış və ikinci pilləni ələ keçirmişdi. "Bankirlər" bu oyunda da 3 xalı əldə etməklə mövqelərini möhkəmləndirmək istəyirdi. "Xəzər Lənkəran" isə artıq kubokda mübarizəni dayandırıb və Avropa hədəfini demək olar ki, bir illik təxirə salıb. Düzdü, Mustafa Dənizlinin komandasının nəzəri şansları var. Bunun üçün "Xəzər Lənkəran" 10 xallıq fərqi aradan qaldırıraq 4-cü pilləyə yüksəlməli və "Neftçi"nin kuboku qazanmasına dua etməlidi. Bu səbəbdən qonaq komandada da meydana qələbə üçün çıxmışdı. Lakin Mustafa Dənizlinin yetirmələri "İnter"in 3 qolunun qarşısını ala bilməyib. Hesabı 4-cü dəqiqədə Arif Daşdəmirov açıb. 75-ci dəqiqədə Abdulla Abatsiyev fərqlənib. Matçın yekun nəticəsini isə 84-cü dəqiqədə Derlis Meza Kolli müəyyənləşdirib.

Tura "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulub. "İnter" "Xəzər Lənkəran" üzərində qələbə qazandığından, "Qarabağ"ın bu oyunda çempionluğunu elan etmək şansı qalmamışdı. Oyunda hesabı Flavinyo açıb. "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi 40-cı dəqiqədə "Qarabağ"ın qapısına yol tapıb. Meydan sahiblərinin bərabərlik axtarışı 51-ci dəqiqədə nəticə verib. Ağdamlıları Muarem Muarem sevindirib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXXII tur

27 aprel
Sumqayıt - Bakı 1:1
Qollar: Pərdis Fərcad-Azad, 47 - Risto Ristoviç, 69.
Sumqayıt1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov (17. Adil İbrahimov, 90+2), 14. Məhəmməd Qurbanov (8. Aqşin Muxtaroğlu, 65), 15. Nodar Məmmədov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev (2. Şəhriyar Xəlilov, 89).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Kamil Hüseynov, 20. Elşad Manafov, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauskis, 3. Yure Travner, 4. Mario Alvarez, 7. Əfran İsmayılov (20. Tural Qürbətov, 87), 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 75), 19. Marius Pena (16. Juninyo, 83), 21. Elvin Məmmədov, 23. Mario Lukas Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 27. Elton Hüseynov, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Samir Abasov, 40 (qeyri-idman hərəkəti) - Deyvidas Çesnauskis, 43 (qeyri-idman hərəkəti). Yure Travner, 64 (qeyri-idman hərəkəti). Mario Lukas Horvat, 73 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı.

Qəbələ - Simurq 1:0
Qol: Dodo, 57.
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 9. Viktor Mendi (46. Davronjon Erqaşev, 80), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 22. Lourival Assis (31. Daniel Subotiç, 66), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Müşfiq Teymurov (8. Nizami Hacıyev, 56).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k) (21. Murad Səttarlı, 77), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 59), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 26. Benjamin Lambot, 30. Raul Kostin (8. Patrik Osiako, 61).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 20. İdan Vaytsman, 22. Salif Ballo.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Dodo, 62 (qeyri-idman hərəkəti). Daniel Subotiç, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün) - İlkin Qırtımov, 58 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

AZAL - Rəvan 0:0
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 10. Con Oluremi, 17. Cavid Tağıyev, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç (18. Samuel Barlay, 81).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 6. Aydın Qasımov, 8. Qərib İbrahimov, 19. Orxan Səfiyaroğlu, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 8. Julio Sezar (7. Elvin Həsənəliyev, 46), 10. Tyaqo Mirasema (19. Hüseyn Axundov, 63), 14. Xuan Manuel Varea (18. Oke Akpoveta, 55), 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 6. Ceyhun Cavadov, 17. Ramazan Abbasov, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Sarı vərəqələr: Aleksandr Şemonayev, 77 (kobud oyun). Şəhriyar Rəhimov, 82 (rəqibi tutduğuna görə) - Novruz Məmmədov, 29 (kobud oyun). Hüseyn Axundov, 75 (rəqibə badalaq vurduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“AZAL Arena”. 200 tamaşaçı.

İnter - Xəzər Lənkəran 3:0
Qollar: Arif Daşdəmirov, 5. Abdulla Abatsiyev, 75. Derlis Meza Kolli, 84.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (5. Slavko Georgievski, 61), 4. İvan Benites, 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (9. Aleksandr İaşvili, 77), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 73), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva , 5. Tyeqo, 8. Deyan Blajevski (12. Junior Nildo, 35), 10. Elnur Abdullayev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 23. Nikola Qliqorov (22. Deyvid Sakkoni, 82), 27. Manuel Skarlatake (7. Sadio Tounkara, 65).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 30. Elias, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli. 
Sarı vərəqələr: Mikel Alvaro, 15 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 52 (qeyri-idman hərəkəti). Junior Nildo, 74 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Şəfa” stadionu. 2200 tamaşaçı.

Qarabağ - Neftçi 1:1
Qollar: Muarem Muarem, 51 - Falvinyo, 40.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 75), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 66), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (27. Məqsəd İsayev, 90+1), 9. Falvinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov (10. Cavid İmamverdiyev, 86), 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov (8. Elşən Abdullayev, 71), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Reynaldo Silva, 2 (qeyri-idman hərəkəti). Muarem Muarem, 5 (qeyri-idman hərəkəti). Rəşad Sadıqov, 64 (qeyri-idman hərəkəti) - Ruslan Qurbanov, 20 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Erik Ramos, 61 (simulyasiya). Denis Silva, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı.

1

Qarabağ

32

20

8

4

61-17

68

2

İnter

32

18

6

8

54-32

60

3

Neftçi

32

16

7

9

45-39

55

4

Qəbələ

32

15

6

11

40-33

51

5

Bakı

32

14

8

10

48-38

50

6

Simurq

32

11

10

11

33-25

43

7

Xəzər L

32

9

12

11

32-45

39

8

AZAL

32

6

11

15

28-45

29

9

Sumqayıt

32

4

10

18

24-52

22

10

Rəvan

32

3

10

19

18-57

19

Bombardirlər: Reynaldo (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 13. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 10. Baçana Tsxadadze (İnter), Mbilla Etame (Xəzər Lənkəran), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL) - 8.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X