Rusiya Premyer Liqasının 24-cü turu çərçivəsində “Spartak” “Krasnodar”ı qəbul edəcək.
Fanat.Az "Sport-express"ə istinadən xəbər verir ki, “Zenit”in sabiq yarımmüdafiəçisi Vladimir Bıstrov bazar ertəsi keçiriləcək oyunda hakim qalmaqalının baş verəcəyini iddia edib.
"Spartak" - "Krasnodar" matçı da bombadır! “Spartak”ın son matçlarda necə oynadığını nəzərə alsaq, "Krasnodar" mənim favoritimdir. Maraqlıdır, matçı kim idarə edir - yenə mübahisəli qərarlar, qalmaqal olacaq. Hamısı olacaq!"
"Spartak" - "Krasnodar" görüşünü sankt-peterburqlu hakim Vladislav Bezborodov idarə edəcək.
Qeyd edək ki, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Kadi Borges qışda "Krasnodar"a keçib.
Mirağa