Azərbaycanın qadın güləşi üzrə yığma komandası Zaqrebdə (Xorvatiya) keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, yığma 79 xalla komanda hesabında 6-cı yeri tutub.
Güləşçilərdən Mariya Stadnik qızıl, Jalə Əliyeva (57 kq) isə gümüş qazanıb.
Birinci yeri Ukrayna (157 xal) tutub, Türkiyə (136) ikinci, Bolqarıstan (94) üçüncü olub.