Avropa Badminton Konfederasiyasının yeni prezidenti bəlli olub.
Fanat.Az xəbər verir ki, bu gün Bakıda keçirilən konqresində quruma prezident seçkiləri keçirilib.
Səsvermədə belçikalı Sven Serre qalib olub.
O, 43 səsdən 32-ni toplayaraq növbəti 4 il müddətinə Avropa Badminton Konfederasiyasına rəhbərlik edəcək.