"Atletiko Madrid" Joau Feliksin "Çelsi"dəki gələcəyi ilə bağlı narahatdır.
Fanat.Az xəbər verir ki, ispanlar London klubunun futbolçunu birdəfəlik satınalma şərtindən imtina edəcəyini düşünür.
Məlumatı "Daily Mail" yayıb.
23 yaşlı portuqaliyalı futbolçu bu ilin yanvar ayında icarə əsasında "Çelsi"yə keçib. O, hazırda "Stemford Bric"də əsas oyunçulardan biridir və 2 qol imza atıb.
Feliks özü Londonda qalmaq niyyətindədir. Ancaq "zadəganlar"ın rəhbərliyi nə qərar verəcək hələ bilinmir.
Röya