Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın son günündə dörd yunan-Roma güləşçimiz medallar uğrunda mübarizə aparacaq. Onlardan ikisi "qızıl" qazanmağa çalışacaq.
Dünya və 3 qat Avropa çempionu Rafiq Hüseynov bürünc uğrunda mübarizə aparacaq.
67 kq. Final. Həsrət Cəfərov - Coni Xetsuriani (Gürcüstan)
72 kq. Final. Ülvi Qənizadə - İbrahim Qənəm (Fransa)
82 kq. Bürünc medal görüşü. Rafiq Hüseynov - Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) cütünün qalibi
60 kq. Bürünc uğrunda təsəlliverici mübarizə. Nihat Məmmədli - Erik Torba.
Hazırda güləşçilərimizin hesabında ümumilikdə 11 (3-6-2) mükafat var. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq) və Mariya Stadnik (50 kq) qızıl, Osman Nurmaqomedov, Maqomedxan Maqomedov (97 kq), Jalə Əliyeva (57 kq), Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıblar