"Bayern Münhen"in müdafiəçisi Nussayr Mazraui yay transfer pəncərəsində Almaniyanı İspaniyaya dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən insayder Kristian Falk yayıb.
Xəbərə görə, 25 yaşlı Mazrauinin xidmətində "Barselona" maraqlıdır. Mənbə hələ "Ayaks"da oynadığı dönəmdə bu futbolçunu istəyən Kataloniya təmsilçisinin ona "Bayern"də aldığından daha yüksək maaş ödəməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən yay Amsterdam təmsilçisindən ayrılaraq Almaniya nəhənginə qoşulan Nussayrın klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat