"Həmişə "Real Madrid"də oynamaq istəmişəm. Madrid təmsilçisi dünyanın ən yaxşı komandasıdır".
Fanat.Az xəbər verir ki, bunu "90min" saytına açıqlamasında İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Moyses Kaysedo deyib.
Ekvadorlu futbolçu İspaniya nəhənginin forması ilə Çempionlar Liqasının qalibi olmaq arzusunu dilə gətirib: "Hazırda karyeramla bağlı hər şey qaydasındadır. Ən böyük arzum "Real"la ÇL-in qalibi olmaqdır. Bir gün bu klubun formasını geyinmək üçün öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Başqa İngiltərə klublarının mənimlə maraqlanması üzərimdə əlavə təzyiq yaratmır. Yalnız oynadığım futboldan həzz almaq istəyirəm. İndilik ÇL-də oynamağın, o himni dinləyəcəyim anın xəyallarını qururam. Himni eşidəndə ağlaya da bilərəm".
Qeyd edək ki, Kaysedonun "Brayton"la olan müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Anlaşmadakı bəndə əsasən, tərəflər sözləşməni daha 1 il uzada bilərlər.
Nihat