Azərbaycanın 3x3 basketbol üzrə qadın yığma komandasının bir qrup heyəti Serbiyaya yollanıb.
Fanat.Az xəbər verir ki, onlar bu gündən etibarən Novi Sad şəhərində təlim-məşq toplanışına başlayıblar.
Millimiz serbiyalı mütəxəssislərin rəhbərliyi ilə gündə iki dəfə olmaqla məşqlərdə iştirak edəcəklər.
Təlim-məşq toplanışında əsas məqsəd may ayında start görürəcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasına hazırlaşmaqdır.