"Xorvatiyada keçirilən Avropa çempionatına iki qardaş ölkə öz imzasını atdı”.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşıb.
Federasiya prezidenti paylaşımında yazıb:
“Sərbəst güləş üzrə yarışlarda komanda hesabında Azərbaycan 1-ci, Türkiyə 3-cü yeri tutdu. Yunan-Roma güləşi üzrə yarışlarda isə Türkiyə 1-ci, Azərbaycan 2-ci oldu”.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını ümumilikdə 6 medalla başa vurub. Bunlardan ikisi qızıl, üçü gümüş, biri isə bürünc əyarlıdır.