Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato": "Benfika"nın ulduz futbolçusu Aleks Qrimaldo İtaliya klublarının diqqətini cəlb edib. "İnter", "Yuventus" və "Napoli" 27 yaşlı müdafiəçinin xidmətində maraqlıdırlar. Aleksin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, yayda azad agent olacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi daha öncə "Nitsa" və "Bayer Leverkuzen"dən də təklif alıb. Lakin ispaniyalı futbolçu daha yüksək səviyyəli klublarda çıxış etmək istəyir.
"Mirror": "Barselona" "Çelsi"nin iki futbolçusuna elçi düşüb. Söhbət yarımmüdafiəçi Nqolo Kante ilə hücumçu Pyer Emerika Obameyanqdan gedir.
Bu iki futbolçu ilə yanaşı "Çelsi"nin daha bir forvardı - Hakim Ziyeş də komandanı tərk edə bilər. Futbolçunun hazırda "Napoli" ilə danışıqlar apardığı bildirilir.
İnsayder Fabritsio Romano: "Lion"un hücumçusu Mussa Dembele yayda azad agent kimi klubdan ayrılacaq. Artıq məsələ müzakirə olunub və onun komandadan ayrılacağı dəqiqdir. 26 yaşlı fransalı hücumçunun xidmətində İtaliya A Seriyası və İngiltərə Premyer Liqası klubları maraqlıdır.
Röya