Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder "Çelsi"nin 22 yaşlı futbolçusu Entso Fernandesi tənqid edib.
Fanat.Az xəbər verir ki, RTL onun dediklərini belə çatdırıb:
"Mən klubun sahibi olsaydım və tribunadan matçı izləyərkən Qallaherin qaçdığını, 100 milyona alınmış oyunçunun isə bunu etmədiyini görsəydim, özümdən çıxardım! Fernandesin böyük futbolçu olduğunu düşünmürəm. Onun Messiyə dünya çempionatında kömək etdiyi barədə çox danışdılar. Açığı, "Çelsi"də də özünü yaxşı tərəfdən göstərcəyini güman edirdim. Amma görünən budur ki, ümidləri doğrultmur".
Qeyd edək ki, "Çelsi" forması ilə bütün turnirlərdə 15 oyuna çıxan Fernandes 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat