"Atletiko Madrid"in prezidenti Enrike Sereso maraqlı fikir səsləndirib.
Fanat.Az xəbər verir ki, futbol funksioneri dünya futbolunun iki ulduzu Lionel Messi ilə Kriştianu Ronaldunu yenidən La Liqada görmək istədiyini bildirib:
“Fikrimcə, Messi və Ronaldu La Liqaya qayıtsa, yaxşı olardı. Hər ikisi hələ də oynayır və qayıtsalar, əla olar”.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Əl Nəsr"dən ayrılıb La Liqaya qayıtması real görsənməsə də, Messinin "Barselona"ya qayıdacağı iddia olunur.
Röya