Bu gün Azərbaycan Basketbol Liqasında 28-ci tura start veriləcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək: “Sərhədçi” Bakıda “Gəncə”ni qəbul edir.
19:15. "Sərhədçi" - "Gəncə"
Bu həftə turun digər oyunları da keçiriləcək
26 aprel
19:30. "Zirvə" (Astara) – "AAAF Xırdalan"
29 aprel
17:30. "Sabah" - "Olimpik" (Şəki)
20:00. NTD – "Neftçi"
Turun bütün oyunları Bakıdakı “Sərhədçi” İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsinin yarımfinal cütləri artıq müəyyənləşib: "Xırdalan" - "Sabah", NTD - "Gəncə"