Azərbaycan şahmatçısı Süleyman Süleymanlı Yunanıstanın Rodos şəhərində təşkil edilən 17 yaşadək məktəblilərin dünya çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, o, 7 xal toplayaraq türkiyəli Adar Tarhandan 0,5 xal geri qalıb.
Qeyd edək ki, dünya çempionatında 51 ölkə şahmatçısı iştirak edib.