"Bayern Münhen"in müdafiəçisi Lukas Hernandesin həyat yoldaşı Ameliya Lorente futbolçunu ona tanınmış model Kristina Buççino ilə xəyanətdə ittiham edib.
Fanat.Az xəbər verir ki, Ameliya sosial şəbəkə hesablarında belə yazıb:
"İndi sən ikili həyat yaşamaya bilərsən, Hernandes. Onu sənə verirəm, Kristina Buççino. Lukas, unutma ki, sənin üzünü görmək istəmədiyin iki övladın var".
Qeyd edək ki, bu mövsüm ümumilikdə 11 oyuna çıxan Hernandes 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2022-də xaçvari bağları qopan futbolçu hazırda zədəsini sağaltmaqla məşğuldur.
Nihat