PSJ-nin müdafiəçisi Serxio Ramos "Twitter"in sahibi İlon Maska müraciət edərək sosial şəbəkədəki təhqir və hədə-qorxu dolu şərhlərə nəzarət olunmasını istəyib.
Fanat.Az xəbər verir ki, ispan futbolçu ona və ailəsinə yönələn şərhlərin skrinşotlarını da paylaşımına əlavə edib:
"Məcburi ödənişlər və pul qazanmaq bir strategiyadır. Ancaq nifrətin kökünü kəsə, hörmətli, ünsiyyəti nəzarətdə saxlaya və "Twitter"i daha yaxşı edə bilərsiniz..."
Qeyd edək ki, tanınmış şəxslər "Twitter"dəki profillərinin verifikasiyası üçün ayda 8 dollar ödəməlidir.
Nihat