"Bayern Münhen"in müdafiəçisi Deyli Blind komandadan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
O, bildirib ki, 33 yaşlı niderlandlı futbolçunun yayda müqaviləsi başa çatacaq. Yeni sözləşmə təklifini qəbul etməyən Deyli Münhen klubunu azad agent kimi tərk edəcək.
Artıq Blind bir sıra klublardan təklif alıb.
Röya