"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 26 yaşlı türkiyəli futbolçu "Atletiko Madrid"lə anlaşıb.
Məlumatı jurnalist Nikolo Skira yayıb. O, bildirib ki, tərəflər arasında sözləşmə 2027-ci ilə qədər nəzərdə tutulub.
Söyüncü La Liqa klubuna azad agent kimi keçəcək.
Röya