İdman gimnastikası üzrə Azərbaycan komandası aprelin 28-30-da Qahirədə (Misir) keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, komandanın heyətində Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova yer alıb.
Sözügedən turnir bu mövsüm Dünya Kubokunun dördüncü mərhələsi olacaq.