"Mançester Yunayted" yeni qapıçı bəyənib.
Fanat.Az xəbər verir ki, bu, Xorvatiyanın "Dinamo Zaqreb" klubunda çıxış edən Dominik Livakoviçdir.
Məlumatı "The Sun" yayıb. Futbolçunun transfer qiyməti 10 milyon avro təşkil edir.
Qolkiper cari mövsüm 30 matçda meydana çıxıb və 8 matçda qapısının toxunulmazlığını qoruyub saxlayıb.
Qeyd edək ki, hazırda "Mançester Yunayted"in 4 qapıçısı - David De Xea, Tom Xiton və "Kristal Pelas"da icarə əsasında çıxış edən Cek Batlend ilə "Nottinqem Forrest"də oynayan Din Xenderson var.
Röya