"Barselona"nın direktoru Mateu Alemani Lionel Messinin Barselonaya səfərindən danışıb.
Fanat.Az xəbər verir ki, klub rəsmisi argentinalı ulduzun səfərinin klubla əlaqəsi olmadığını deyib.
O, bu barədə insayder Fabritsio Romanoya açıqlamasında bildirib:
"Bizim əlaqəmiz olmayıb. Messi Barselonanın çox sevir və tez-tez bu şəhərə gəlir. O, həmişəki kimi bir neçə günlük Barselonaya səfər edib. Ancaq bizim onunla danışığımız olmayıb".
Qeyd edək ki, bir müddətdir mətbuatda Lionel Messinin "Barselona"ya geri dönəcəyi ilə bağlı iddialar yazılır.
Röya